...

QAT hüquq müdafiəçilərini Qarabağ partizanlarına laqeydlik göstərməkdə günahlandırır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 4 Noyabr 2006 14:36 (UTC +04:00)

Qarabağ Azadlıq Təşkilatı (QAT) bir qrup hüquq müdafiəçisinin Avropa Şurasına təqdim etdikləri Siyasi məhbus siyahısında Qarabağ partizanlarının adlarının olmamasına etirazını bildirib. Bu barədə Trend ə QAT-dan məlumat verilib.

Qeyd edək ki, bir qrup gənc torpaqlarımızın hələ də işğal altında qalmasına etiraz olaraq silahlı dəstə yaratmış və işğalçı dövlətin silahlı qüvvələrinə qarşı müqavimətə cəhd göstərmişdilər. Onlardan biri ömürlük, digərləri 5 ildən 14 ilə qədər müxtəlif müddətləhz azadlıqdan məhrum ediliblər.

QAT hesab edir ki, məhkəmə Qarabağ partizanlarının hərəkətlərinin xarakterinə, ictimai təhlükəsizlik dərəcəsinə uyğun olmayan hökmlər çıxarıb. Həmçinin istintaq və məhkəmə işlərinin gedişində dəfələrlə istintaq və məhkəmə prosedurları pozulub.

QAT-ın bəyanatında bildirilir ki, bu arqumentlərin hər hansı biri onların siyasi məhbus, yaxud haqlarında ədalətsiz qərar çıxarılmış şəxslər siyahısına salınması üçün kifayətdir: "Lakin bəzi hüquq müdafiəçilərinin mövqeyi məhkəmələrin ədalətsiz qərarları ilə üst-üstə düşür. Biz bu hüquq müdafiəçilərindən öz mövqelərinə yenidən baxmalarını tələb edirik"-deyə sənəddə vurğulanır.

Xəbər lenti

Xəbər lenti