...

Azərbaycanın işğal olunmuş ərazilərində dini abidələrə qarşı erməni vandalizmi ilə bağlı beynəlxalq qurumlara müraciət ünvanlandı

Ermənistan-Azərbaycan münaqişəsi Materials 28 Noyabr 2006 13:33 (UTC +04:00)

Azərbaycanın işğal olunmuş ərazilərində dini abidələrə, müqəddəs ziyarətgahlara qarşı erməni vandalizmi ilə bağlı BMT-yə, YUNESKO-ya, ATƏT-in Minsk qrupundakı həmsədr ölkələrin başçılarına müraciət ünvanlanıb. Trend in məlumatına görə, müraciət noyabrın 28-də Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), "Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin təşkil etdiyi dəyirmi masada qəbul olunub.

Dəyirmi masa iştirakçıları adından beynəlxalq qurumlara ünvanan müraciətdə Dağlıq Qarabağda, Qərbi Azərbaycanda erməni vandalizmi nəticəsində dağıdılmış, tamamilə yerlə yeksan edilmiş, həmçinin erməniləşdirilmiş mədəni, tarixi, dini abilədər barədə məlumat verilir. Ermənistan beynəlxalq qanunları kobud şəkildə pozaraq qədim və orta əsrlərə aid abidələri dağıdıb, həmçinin özününküləşdirib. Sənəddə beynəlxalq qurumlar Azərbaycan ərazilərindəki dini abidələrin, məscidlərin, müqəddəs ziyarətgahların, qəbiristanlıqların məhvinə, saxtalaşdırılmasına yönəlmiş hərəkətlərlə bağlı qəti şəkildə mövqe bildirməyə çağırılır.

Xəbər lenti

Xəbər lenti