...

ATƏT-in sədrinin xüsusi nümayəndəsi Dağlıq Qarabağ tənzimləməsi üzrə danışıqlarda iştirak üçün Moskvaya gəlib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 22 Yanvar 2007 15:20 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik Azərbaycan və Ermənistan XİN rəhbərlərinin yanvarın 23-nə təyin olunmuş görüşündə iştrak etmək üçün Moskvaya gəlib. Bu barədə Trend ə Azərbaycandakı xüsusi nümayəndənin səhra köməkçisi Jaslan Nurtacayev bildirib.

O həmçinin qeyd edib ki, görüşdən dərhal sonra A.Kaspşik ATƏT-in Minsk qrupu həmsədrləri ilə birgə regiona gələcək.

Xatırladaq ki, bu gün Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə ilk işgüzar görüş keçiriləcək.

Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında əsas görüş sabaha təyin edilib.

Xəbər lenti

Xəbər lenti