...

Azərbaycanlı hərbçi Samir Məmmədovdan üçüncü tərəfə təhvil verilməsi barədə rəsmi tələb daxil olmayıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 9 Fevral 2007 16:00 (UTC +04:00)

Hərbi əsir, itkin düşmüş və girovlarla iş üzrə Dövlət Komissiyasına kiçik serjant Samir Məmmədovdan yerli mətbuatın bildirdiyi kimi üçüncü tərəfə təhvil verilməsi ilə bağlı heç bir rəsmi tələb daxil olmayıb. Bu barədə Trend ə Dövlət Komissiyasının (DK) katibi Şahin Sailov bildirib.

Samir Məmmədov Qazax rayonunun sərhəd hissəsində xidmət edib. O, keçən il dekabrın 23-də hərbi hissədən 15 km aralı, Qazax və İcevan (Ermənistan) rayonları sərhədində neytral ərazidə əsir duşub. Əsir düşən zaman üstündə silah və hərbi sursat olmayıb. S.Məmmədov Yerevanda saxlanılır.

DK katibi bildirib: "Onun əsir olduğu müddət boyu ermənilər tərəfidən heç bir xəbər yox idi. Elə ki Azərbaycan KİV-ləri S.Məmmədovun Azərbaycana qayıtdıqdan sonra həbs ediləcəyi ilə bağlı ehtimallar irəli sürməyə başladı, düşmənlər bizim əsgəri yola gətirmək üçün cəhdlərə çalışdılar. S.Məmmədova qarşı ittiham yoxdur".

Xatırladaq ki, S.Məmmədovdan son məktub fevralın 6-da alınıb. Ş.Sailov qeyd edib ki, həmin məktubda onun üçüncü tərəfə verilməsi ilə bağıl heç bir fikir olmayıb.

Xəbər lenti

Xəbər lenti