...

NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır – alyansın baş katibinin müavini

Ermənistan-Azərbaycan münaqişəsi Materials 12 Mart 2007 14:24 (UTC +04:00)
NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır – alyansın baş katibinin müavini

NATO Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Bu barədə bu gün Yerevanda Şimali Atlantika Alyansı baş katibinin müavini Jan Furnye jurnalistlərə bəyan edib. Bu barədə ARKA məlumat verib.

"Biz dəfələrlə qeyd etmişik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli başqa müstəvidədir, o cümlədən, ATƏTin Minsk qrupunun səlahiyyətindədir", deyə o, qeyd edib.

J.Furnyenin sözlərinə görə, Alyans rəhbərliyi Dağlıq Qarabağ üzrə məlumat təqdim etdiyinə görə Ermənistana minnətdardır. Bu məlumatlar respublika hökuməti tərəfindən NATO-Ermənistan fərdi əməkdaşlıq Proqramı (IPAP) çərçivəsçəində onlara təqdim edilir.

"Dağlıq Qarabağ problemi ilə məşğul olmadan, biz bu münaqişə ətrafında baş verən proseslərin inkişafını diqqətlə izləyirik", - deyə Alyans baş katibinin müavini bildirib.

Şimali Atlantika Alyansı baş katibinin müavini Jan Furnye 12-16 mart tarixində keçirilən NATO həftəsi çərçivəsində Ermənistandadır.

Xəbər lenti

Xəbər lenti