...

Azərbaycan və Ermənistan prezidentləri MDB-nin qeyri-formal sammiti çərçivəsində Sankt-Peterburqda görüşməyə razılıq veriblər

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 May 2007 18:38 (UTC +04:00)
Azərbaycan və Ermənistan prezidentləri MDB-nin qeyri-formal sammiti çərçivəsində Sankt-Peterburqda görüşməyə razılıq veriblər

Trend-i buradan izləyin

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayev/Azərbaycan və Ermənistan prezidentləri Əliyev və Köçəryan iyunun 9-da MDB-nin qeyri-formal sammiti çərçivəsində Sankt-Peterburqda görüşməyə razılıq veriblər. Bu barədə cümə günü Bakıda ATƏT Minsk Qrupunun Fransadan olan həmsədri Bernar Fasye rəsmi Bakı ilə danışıqların yekununa həsr olunmuş mətbuat konfransında bəyan edib. Azərbaycan və Ermənistan prezidentləri görüşmək barədə razılıqlarını həmsədrlərin regiona hazırki səfəri zamanı bildiriblər. Bakıdan öncə vasitəçilər Yerevanda olub.

"Prezidentlərin görüşmək barədə razılığı yaxşı xəbərdir. Lakin demək lazımdır ki, bu görüşdə bütün problemlərin həll olunacağına ümid bəsləmək lazım deyil", - deyə Fasye bildirib.

O, Sankt-Peterburqdakı görüşdə "münaqişənin həlli prosesində irəliləyişləri görmək mümkün olacağı"na ümidvar olduğunu bildirib. Diplomatın məlumatına əsasən, prezidentlərin görüşünün yekun hazırlığı üçün vasitəçilər iyunun əvvəlində ATƏT-in fəaliyyətdə olan sədri, İspaniya XİN rəhbəri Anxel Moratinosun regiona səfərindən sonra yenə münaqişə zonasına gələcəklər.

Xəbər lenti

Xəbər lenti