...

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini bir neçə istiqamətdə atəşə tutub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 27 İyun 2007 11:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 26-da saat 20.20-dən başlayaraq 20.25-dək Ermənistanın Berd rayonunun Mosesqex kəndi sahəsindəki mövqelərindən Azərbaycan Milli Ordusunun Tovuz rayonunun Əlibəyli kəndi yaxınlığındakı mövqelərini atəşə tutublar. Bu barədə çərşənbə günü Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, qarşı tərəf iyunun 27-nə keçən gecə saat 00.35-dən 00.45-dək Ağdam rayonunun Çıraqlı kəndinin qərbində yerləşən mövqelərindən Azərbaycan Milli Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Hər iki istiqamətdə atəşkəsin pozulması zamanı düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.

Xəbər lenti

Xəbər lenti