...

Amerikalı diplomat: ATƏT-in Minsk qrupu Qarabağ nizamlamasının kompromis variantına yaxındır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 31 İyul 2007 12:50 (UTC +04:00)
Amerikalı diplomat: ATƏT-in Minsk qrupu Qarabağ nizamlamasının kompromis variantına yaxındır

ATƏT-in Minsk qrupunun həmsədrləri Qarabağ nizamlanmasının kompromiss variantına yaxındırlar. Bu sözləri Yerevanda Ermənistan parlamentinin spikeri Tiqran Torosyanla görüşdə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, ABŞ dövlət katibinin müavini Metyu Brayza deyib.

Qarabağ münaqişəsinə toxunan Brayza Helsinki Yekun aktının üç prinsipinin əhəmiyyətini vurğulayıb. Bu, hərbi qüvvələrin istifadə olunmaması şərti ilə ərazi bütövlüyü, insanların öz müqəddaratının təyin edilməsi və nizamlanmanın kompromis variantlarının axtarılması prinsipləridir.

"ATƏT-in Minsk qrupunun həmsədrləri üç Helsinki prinsipinin əks olunduğu kompromis nizamlanma variantına yaxındırlar" - deyə "ARKA" agentliyinə Ermənistan parlamentinin mətbuat xidmətində Brayzanın sözlərini şərh ediblər.

Brayzanın sözlərinə görə, istənilən münaqişənin nizamlanmasında əsas prinsiplər tətbiq olunmalıdır. Lakin eyni zamanda o, Kosovonun nümunəsi əsasında digər münaqişələrə cəlb olunan tərəflərin müstəqillik qazanmalarını məntiqi hesab etmir.

İki Cənubi Qafqaz ölkəsi arasındakı münaqişə 1988-ci ilə təsadüf edir. Səbəb Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməsi olub. 1992-cu ildən Azərbaycan torpaqlarının 20 faizi, konkret olaraq Dağlıq Qarabağ və 7 ətraf rayon Ermənistan silahlı qüvvələrinin işğalı altınndadır. 1994-ci ilin mayında tərəflər atəşkəs haqqında razılaşma əldə ediblər və bu vaxtadək ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə hələlik nəticəsiz sülh danışıqları aparılır. Avqustun 2-də Moskvada həmsədrlərin növbəti məsləhətləşmələri planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti