...

İran və Rusiya Buşehr məsələsində son qərara gəliblər

Siyasət Materials 15 Sentyabr 2007 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ İran XİN-in sədri Mənuçehr Müttəki və Rusiya Federal Atom Enerjisi Agentliyinin ("RusAtom") sədri Sergey Kiriyenko oktyabr ayının ortalarında Tehranda görüşəcəklər.

İranin İSNA agentliyinin verdiyi məlumata əsasən, Müttəki "RusAtom"un sədri ilə Moskvada Buşehr nüvə stansiyasının təkmilləşdirilməsi barədə keçirilən iclasdan sonra bildirib ki, İran-Rusiya arasında Buşehr məsələsi ilə bağlı son qərara gəlinib. İran XİN-in sədri əlavə edib ki, oktyabr ayında Kiriyenko bu məsələ ilə bağlı Tehrana səfər edəcək və İran Atom Enerjisi Agentliyinin sədri Qulamrza Ağazadə ilə Buşəhr nüvə stansiyasının təkmilləşdirilməsi barədə görüşəcəklər.

Müttəki rəsmi Moskva ilə danışıqlarda Rusiyadan iki ölkə arasında neft-qaz sahəsində müştərək planların və sərmayə yatırımlarının inkişafını nəzərdə tutan daha geniş əməkdaşlıq təklifləri gözlədiyini bildirib.

İran xarici işlər naziri "RusAtom"un sədrinin Tehrana səfərinin dəqiq tarixini bildirməyib.

Xəbər lenti

Xəbər lenti