Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə /İtaliya parlamenti Deputatlar Palatasının xarici işlər daimi komissiyasının sədri Umberto Ranierinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 19-da Azərbaycana səfərə gələcək. Bu barədə çərşənbə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. İtaliyalı deputatlar Fəxri xiyabanda Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məzarını ziyarət edəcək, Milli Məclisdə və Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcəklər.