...

GUAM milli koordinatorları Bakı Bəyannaməsinin reallaşması məsələlərini müzakirə edirlər

Siyasət Materials 20 Sentyabr 2007 12:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat -GUAM"a üzv dövlətlərin milli koordinatorları cümə axşamı Bakıda iyun ayında təşkilatın dövlət başçılarının Azərbaycan paytaxtında keçirilən son sammiti zamanı imzalanmış Bakı Bəyannaməsinin reallaşması məsələlərini müzakirə etməyə başlayıblar. Bu barədə milli koordinatorların görüşündən əvvəl jurnalistlərə GUAM-ın baş katibi Valeri Çeçelaşvili məlumat verib.

Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanın nümayəndələri təşkilatın xarici işlər nazirləri şurasının sentyabrın 20-21-də Bakıda və həmin şuranın Nyu-Yorkda BMT Baş Assambleyasının 62-ci sessiyası çərçivəsində baş tutacaq dördüncü iclası ilə bağlı texniki məsələləri razılaşdırmaq niyyətindədirlər.

BMT Baş Assambleyasının 62-ci sessiyasında dondurulmuş münaqişələrin beynəlxalq təhlükəsizlik və inkişafa təsiri, silahlı toqquşmaların qarşısının alınması və Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətlə bağlı məsələlər müzakirə olunacaq.

GUAM-ın baş katibi Çeçelaşvilinin Trend ə əvvəllər verdiyi məlumata görə, GUAM ərazisində dondurulmuş münaqişələrlə bağlı qətnamə layihəsinin BMT Baş Assambleyasının müzakirəsinə çıxarılması məsələsinə sentyabrın sonlarında baxıla bilər. GUAM ərazisində dondurulmuş münaqişələr (Dnepryanı (Moldova), Dağlıq Qarabağ (Azərbaycan), Gürcüstan-Abxaziya) ilə bağlı qətnamə layihəsi 2006-cı ilin sonunda işəlnib hazırlanaraq BMT Baş Assambleyasının gündəliyinə daxil edilib. Bu məsələ gündəlikdən GUAM nümayəndələrinin özləri tərəfindən çıxarılıb.

GUAM formatı 1999-cu ildə Avropa İttifaqının dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti