...

Prezident Bakının Olimpiya oyunlarını keçirmək üçün namizədliyinin verilməsinə dair Təşkilat Komitəsi yaradılmasına sərəncam verib

Siyasət Materials 26 Sentyabr 2007 18:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərinin XXXI Yay Olimpiya və XV Paralimpiya oyunlarını keçirmək üçün namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması barədə sərəncam verib.

Prezidentin sərəncamı ilə, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov Təşkilat Komitəsinin sədri təyin olunub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Gənclər və idman naziri Azad Rəhimov, Xarici işlər naziri Elmar Məmmədyarov, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, iqtisadi inkişaf naziri Heydər Babayev, Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Kənd təsərrüfatı naziri İsmət Abbasov, Səhiyyə naziri Oqtay Şirəliyev, Maliyyə naziri Samir Şərifov, Nəqliyyat naziri Ziya Məmmədov və digər rəsmi şəxslər Təşkilat Komitəsinin üzvləri təyin ediliblər.

Xəbər lenti

Xəbər lenti