...

Rusiyalı politoloq: "Gürcüstan prezidenti keçmiş müdafiə nazirinin ittihamları ilə bağlı böhranla bacara bilər"

Siyasət Materials 28 Sentyabr 2007 17:38 (UTC +04:00)
Rusiyalı politoloq:  "Gürcüstan prezidenti  keçmiş müdafiə nazirinin ittihamları ilə bağlı böhranla bacara bilər"

Azərbaycan, Bakı/ Trend , müxbir A.Qasımova/ Gürcüstan prezidenti keçmiş müdafiə nazirinin prezidentin ünvanına olan ittihamları ilə bağlı ölkədəki böhranın öhdəsindən gələ bilər.

"Saakaşvilinin əhali və güc strukturları arasında böyük dəstəyi var, beləliklə, o, bu böhrana dözə bilər",-deyə rusiyalı politoloq, siyasi araşdırmalar institutunun direktoru Sergey Markov bildirib.

Gürcüstan prezidentinin keçmiş silahdaşı, eks-müdafiə naziri İrakli Okruaşvili tele-efirdə bildirib ki, dövlət başçısı Mixail Sakaaşvili onunla məşhur biznesmen Badri Patarkatsişvilinin aradan götürülməsi barədə danışıqlar aparıb. Həmçinin o, prezident Saakaşvilini "gündəlik sürgün, evlərin, kilsələrin dağıdılması, soyğunçuluq, qətl və insanların qorxudulması" və "korrupsiya ilə süni mübarizə"də ittiham edib.

Markobv bildirib ki, Okruaşvilinin siaysətə sərt şəkildə daxil olmasından aydın olur ki, onun əhali və güc stukturları arasında ciddi dəstəyi var. "Gürcü əhalisi güclü əl axtarır ki, ola bilsin, bunu Okruaşvilidə görür",-deyə o söyləyir.

Markovun sözlərinə görə, Saakaşvili hakimiyyətə gələndən özünə radikallardan ibarət komanda yığıb ki, onların da sırasında əsas radikal Okruaşvili idi. "Demək olar ki, Saakaşvili canavar balası bəsləyib, əslində isə, onun bir neçə bu cür canavar balası var və hansısa anda canavar balası canavara çevrilərək, Şirxana hücum edib",-deyə o müqayisə edib.

Politoloqun sözlərinə görə, Saakaşvili təhlükə qarşısında qalmışdı ki, Okruaşvili Osetiyada müharibəni özü başlayacaq və ola bilsin, ona qarşı hərbi çevriliş edəcək. "Məhz buna görə, bir il əvvəl o, öz təşəbbüsü və amerikalılarla məsləhətləşdikdən sonra onu qovdu, lakin şərt belə idi ki, Okruaşvili siyasətə fəal şəkildə qatılmayacaq",-deyə ekspert bildirib. Amma müəyyən müddətdən sonra Okruaşvili qərara gəldi ki, kifayət qədər motiv var və siyasi fəaliyyətə başladı.

Son böhranla bağlı isə, Markov bildirib ki, indi nəticə ilə bağlı heç kəs heç nə deyə bilməz, çünki Okruaşvilinin nə qədər dəstəkləndiyi məlum deyil. "Hətta gürcü politoloqlar da Okruaşvilinin nə qədər dəstəkləndiyini deyə bilmirlər",-deyə o söyləyib.

Xəbər lenti

Xəbər lenti