Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin payız sesiyası oktyabrın birində başlayır. Bu barədə şənbə günü Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
İlk iclasda parlamentin payız sessiyası üçün qanunvericilik planı təsdiqlənəcək. Payız sessiyasının iş planına üç məsələ daxil edilib. Bunlar qanunvericilik təşəbbüsü subeyktlərindən (Azərbaycan prezidenti, Ali Məhkəmə, Baş Prokurorluq və Naxçıvan MR Ali Məclisi) daxil olmuş qanunlara baxılması, hazırda qüvvədə olan qanunlara əlavə və dəyişikliklər edilməsi, Azərbaycanda inzibati- ərazi bölgülərində dəyişikliklər edilməsidir.
Milli Məclisin payız sessiyasında 26 qanun layihəsinin müzakirəsi nəzərdə tutulub.
Daxili Nizamnaməyə görə, Azərbaycanın qanunverici orqanı ildə iki dəfə tətilə çıxır. Parlamentin yaz sessiyası fevralın birində başlayır və mayın 31-də başa çatır. Payız sessiyası oktaybrın birində başlayır və dekabrın 30-da başa çatır.