...

Cari ilin 9 ayında Qərb bölgəsində narkotiklərlə bağlı 36 fakt aşkarlanıb

Siyasət Materials 5 Oktyabr 2007 17:56 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V. Məmmədov/ Cari ilin 9 ayında Azərbaycanın Qərb bölgəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 36 fakt aşkarlanıb. Bu barədə Trend ə məlumat verən Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin Qərb bölgəsi üzrə Regional şöbəsinin rəis əvəzi Rafael İsmayılov bildirib ki, cinayətlərin 22-si narkotiklərin satışı, 11-i qanunsuz saxlanılması, 1-i qaçaqmalçılıq ilə bağlı olub.

Qeydə alınmış faktlarla bağlı 34 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Bu müddətdə qanunsuz dövriyyədən çıxarılan 44 kiloqram narkotik maddənin 41 kiloqram 810 qramı marixuana, 208 qramı həşiş, 2,5 qramı tiryək, 2 kiloqram 784 qramı isə heroindir.

Bu il ərzində "Xaşxaş" tədbirlər planına əsasən , 74 ton çətənə kolu, həmçinin, qanunsuz istehsal olunmuş 2 ton tütün və 100 ədəd siqaret müsadirə olunaraq yandırılıb.

İsmayılov deyib ki, bu il qanunsuz saxlanılan bir ədəd "TOZ 8" markalı kiçik kalibrli odlu silah müsadirə olunub. 1 nəfər isə "TT" markalı əl tapançasını könüllü olaraq idarəyə təhvil verib.

Xəbər lenti

Xəbər lenti