...

"Financial Times Deutschland": Azərbaycan Avropaya sərmayə yatıracaq

Siyasət Materials 9 Oktyabr 2007 13:03 (UTC +04:00)
"Financial Times Deutschland": Azərbaycan Avropaya sərmayə yatıracaq

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynov/ Almaniyanın işgüzar qəzeti Bakının Almaniya və Avropanın iqtisadiyyatına neft dollarları yatırmaq planları barədə İlham Əliyevlə müsahibə çap edib. "Biz vəsaitlərimizin etibarlı və maksimal dərəcədə səmərəli şəkildə qoyulması üçün əlimizdən gələni edəcəyik" - deyə Azərbaycan prezidenti Əliyev "Financial Times Deutschland" qəzetinə müsahibəsində bildirib.

Azərbaycanın Dövlət Neft Fondunda 2 milyard ABŞ dolları həcmində vəsait toplanıb. Rəsmi proqnozlara inansaq, bu vəsaitin həcmi yaxın illərdə 100 dəfə artmalıdır. Prezidentin bu məlumatı, məhz Qərbin bir çox ölkələrinin dövlət fondlarının təsirini azaltmaq məqsədilə layihələr hazırladığı dövrə təsadüf edir.

Prezident Əliyev həmçinin Azərbaycanın Avropanı neft və qazla təmin etməkdə maraqlı olduğunu da bildirib. "Biz sübut etdik ki, biz etbarlı təchizatçıyıq. Xammalın satışından əldə edəcəyimiz gəlirləri iqtisadiyyatın inkişafına yönəldəcəyik. Bizim məqsədimiz bundan ibarətdir" - deyə Azərbaycan prezidenti bildirib. Brüsseldə və Berlində bu sözləri yaxşı anlayacaqlar, belə ki, avropalılar Rusiyadan enerji asılılığını azaltmaq istəyirlər. Azərbaycan Mərkəzi Asiyadan Avstriyaya qədər Azərbaycan və Türkiyə ərazisindən keçməklə qaz nəql edəcək "Nabukko" qaz kəmərinin tikinti layihəsini dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti