...

Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib

Siyasət Materials 14 Noyabr 2007 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ "Azərbaycan yolu" Siyasi Hərəkatının üzvləri Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında gürcü müxalifətinin keçirdiyi etiraz aksiyalarının zorakılıqla dağıdılmasına etiraz əlaməti olaraq piket keçiriblər.

Hərəkat fəalları Gürcüstan müxalifəti ilə həmrəylik nümayiş etdirərək prezident Mixail Saakaşvilinin hadisələrə görə məsuliyyət daşıdığını bəyan ediblər. Aksiyaçılar "Azərbaycan müxalifəti Gürcüstan müxalifəti ilə həmrəydir", "Saakaşvili, demokratik dəyərlərə hörmət et!" şüarları səsləndiriblər.

Piketin sonunda qətnamə oxunub və Gürcüstan səfirliyinə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti