...

MDB dixili işlər nazirləri kütləvi ixtişaşların qarşısının alınması ilə bağlı bir birinə yaxından kömək etmək məqsədilə əlaqə saxlayırlar - nazir

Siyasət Materials 17 Noyabr 2007 11:19 (UTC +04:00)
MDB dixili işlər nazirləri kütləvi ixtişaşların qarşısının alınması ilə bağlı bir birinə yaxından kömək etmək məqsədilə əlaqə saxlayırlar - nazir

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ MDB Dixili işlər nazirləri kütləvi ixtişaşların qarşısının alınması ilə bağlı, bir - birinə yaxından kömək məqsədilə, əlaqə saxlayırlar və burada təəccüblü, qeyri - adi heç nə yoxdur. Bu barədə şənbə günü jurnalistlərə açıqlamasında Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov məlumat verib.

Gürcüstan və Azərbaycan mətbuatında Gürcüstan müxalifətinin Tbilisidə keçirilən aksiyalarının dağıdılmasında Azərbaycan hüquq-mühafizə orqanlarının gücündən istifadə olunmasına dair məlumatlar yayılıb. Bununla bağlı, Azərbaycan və Gürcüstan daxili işlər nazirlərinin telefon danışığı mətbuatda dərc edilib.

"MDB ölkələri Daxili İşlər Nazirlərinin Daimi Şurası fəaliyyət göstərir. Hazırda həmin şuraya mən sədrlik edirəm. Mən, mütəmadi olaraq, Rusiya, Belarus, Ukrayna və Gürcüstan daxili işlər nazirləri ilə, eləcə də, son hadisələrlə bağlı, Gurcüstan daxili işlər naziri ilə əlaqə saxlamışam",-deyə Usubov bildirib.

Usubov qeyd edib ki, Gürcüstan daxili işlər naziri ilə söhbətində silahlı birləşmələrlə mübarizə, Tbilisidə vəziyyətlə bağlı fikir mübadiləsi aparıb: "Mən burada qeyri - adi bir şey görmürəm. Lazım olan hallarda bir birimizə köməkdə göstəririk. Bu kömək terrorçu qüvvələrin yerinin müəyyən edilməsi, bu qüvvələrin və kütləvi ixtişaşların qarşısının alınması məsələlərilə bağlı olur".

Xəbər lenti

Xəbər lenti