...

Azərbaycan hakimiyyəti müxalifətin 2008-ci il prezident seçkicinə qatılmasını istəyir-prezidentin icra aparatının rəhbəri (video)

Siyasət Materials 20 Noyabr 2007 11:29 (UTC +04:00)
Azərbaycan hakimiyyəti müxalifətin 2008-ci il prezident seçkicinə qatılmasını istəyir-prezidentin icra aparatının rəhbəri (video)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan hakimiyyəti müxalifətin 2008-ci il prezident seçkisinə qatılmasını istəyir. Belə bir bəyanatla çərşənbə axşamı Bakıda Azərbaycan prezidentinin İcra aparatının rəhbəri Ramiz Mehdiyev çıxış edib.

"Biz istəyirik ki, preizedent seçkilərində müxtəlif qüvvələrin nümayəndələri namizədldiklərini irəli sürsün",- Mehdiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin ölkədə nüfuzu çox böyükdür və seçkidə onun qələbə qazanasağı heç kimdə şübhə doğurmur.

Azərbaycanda prezident seçkisi gələn il oktyabrın 15-də keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası seçkidə İlham Əliyevin namizədliyini irəli sürəcəyini bəyan edib.

Mehdiev bildirib ki, seçkinin keçirilməsi ilə bağlı, beynəlxalq təşkilatların Azərbaycan dövləti qarşısında xüsusi prinsipləri ola bilməz. Azərbaycanın öz maraqları var və bu maraqlar çərçivəsində inkişaf edir. O cümlədən, prezident seçkisi, Azərbaycan dövlətinin marağı çərçivəsində, demokratik keçiriləcək.

Xəbər lenti

Xəbər lenti