...

Bhutto parlament seçkilərini boykot etmək inadından döndü

Siyasət Materials 30 Noyabr 2007 04:24 (UTC +04:00)
Bhutto parlament seçkilərini boykot etmək inadından döndü

Pakistanın keçmiş baş naziri Benəzir Bhuttonun rəhbərlik etdiyi Xalq partiyası qarşıdan gələn parlament seçkilərini daha boykot etmək fikrində deyil. Bu barədə AFP xəbər verir.

Əvvəllər Bhutto öz tərəfdarlarını seçkilərdə iştirak etməməyə çağırırdı. Ölkə prezidenti Pərviz Müşərrəf dekabrın 16-da fövqəladə vəziyyət rejimini ləğv edəcəyini bildirdikdən sonra Bhutto yeni bəyanatını sələndirdə.

"Biz seçkilərdə iştirak etməliyik ki, prosesi irəliyə istiqamətləndirə bilək... Pakistan Xalq partiyası seçkilərə öz iradəsinin ziddinə olaraq gedir, amma biz boykotu istənilən vaxt bərpa etmək hüququmuzu saxlayırıq", - deyə Bhutto agentliyə telefon müsahibəsində bildirib.

Pakistanda parlament seçkiləri 2008-ci il yanvarın 8-nə təyin olunub.

Xəbər lenti

Xəbər lenti