...

Azərbaycanın və İordaniya Müdafiə Sənayesi Nazirlikləri arasında danışıqlar başlayıb

Siyasət Materials 3 Dekabr 2007 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir E.Hüseynli/ Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə İordaniyanın müvafiq qurumları arasında əməkdaşlıq perspektivləri müzakirə olunur. Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend ə bildiriblər ki, Azərbaycana səfəri başlayan İordaniya Haşimilər Krallığından Kral II Abdullah Dizayn və İnkişaf Bürosunun Baş icraçı direktoru Moayad Sammon bu gün müdafiə sənayesi naziri Yavər Camalovla görüşüblər.

Avqust ayında Camalov İordaniyaya səfər edib. Səfər zamanı İordaniyanın hərbi müəssisələri ilə tanış olub. Həmin səfər zamanı Camalov iordaniyalı həmkarını Azərbaycana rəsmi dəvət edib.

Məlumata görə, Dizayn və Sammon səfər zamanı ölkədəki hərbi müəssisələrlə tanış olacaqlar. İki ölkə arasında hər hansı saziş imzalanmayacaq. Onların səfəri dekabrın 5-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti