...

Azərbaycanın XİN rəhbəri Osloda görüşlər keçirir

Siyasət Materials 4 Dekabr 2007 19:22 (UTC +04:00)
Azərbaycanın XİN rəhbəri Osloda görüşlər keçirir

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova / Azərbaycanın və Norveçin xarici işlər naziri Elmar Məmmədyarov və Yonans Store (Jonas Gahr Store) siyasi, iqtisadi və digər sahələrdə əməkldaşlığa dair birgə Bəyannamə imzalayacaqlar. Bu barədə çərşənbə axşamı Oslodan Norveçin Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir.

Norveç XİN-dən verilən məlumtda bildirilir ki, günün sonunda Azərbaycanın XİN rəhbəri norveçli həmkarı Yonans Store ilə görüşəcək . Onlar enegetika və digər sahələrdə əməkdaşlığa dair məsələləri müzakirə edəcəklər.

Elmar Məmmədyarov artıq Norveç parlamentinin xarici işlər daimi komitəsinin üzvləri ilə görüşlər keçirib və hazırda energetika və neft naziri ilə görüş keçirir.

Bu gün Azərbaycanın xarici işlər nazirinin Norveçin Xarici İşlər İnstitutunda "Azərbaycanın Avroatlantika Strukturuna inteqrasiyası və enerji təhlükəsizliyinin inkişafı" mövzusunda məruzə ilə çıxış edəcəyi də gözlənilir.

Xəbər lenti

Xəbər lenti