...

Parlamentin komissiyası Rəqabət Məcəlləsini müzakirə edib

Siyasət Materials 14 Dekabr 2007 17:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin komissiyası ölkədə azad sahibkarlığa və sağlam rəqabətə əlverişli şəraitin yaradılmasını nəzərdə tutan qanun layihəsinin ikinci oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılmasına razılıq verib. Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komisiyasının cümə günü keçirilən iclasında Rəqabət Məcəlləsi müzakirə olunub. Komisiyanın sədri Ziyad Səmədzadə qeyd edib ki, Rəqabət Məcəllləsi 1 il əvvəl Milli Məclisdə birinci oxunuşdan keçib: "Həmin dövrdən sonra deputatların verdikləri təkliflər əsasında qanunun təkmiləşdirməsi üçün işçi qrup yaradılıb. Ləyihə, demək olar ki, təzədən işlənib və təkmiləşdirmə nəticəsində maddəlirin sayı 97-dən 82-yə qədər azalıb". Səmədzadə vurğulayıb ki, ilkin variantda Rəqabət Məcəlləsində rəqabət orqanın işçilərinə müəyyən üstünlüklər, təminatlar və imtiyazların verilməsi nəzərdə tutulurdu. Təkmilləşdirildən sonra bu məsələlər Rəqabət Məcəlləsindən çıxarılıb.

Rəqabət Məcəlləsi sahibkarlıq fəaliyəti sahəsində azad və sağlam rəqabətin təmin edilməsinin və qorunmasının hüquqi əsaslarını müəyyən edir. Layihədə qeyd olunub ki, iqtisadiyyatın inhisarlaşdırılması, bazar subyektlərinin rəqabətini məhdudlaşdıran muqavilələrin imzalanması yolverilməzdir. Rəqabət Məcəlləsi Milli sahibkarların rəqabət qabiliyətinin gücləndirilməsinə, daxili bazarın qorunmasına yönəlmiş tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Səmədzadə qeyd edib ki, Rəqabət Məcəlləsi dekabrın 25-də ikinci oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Xəbər lenti

Xəbər lenti