...

Azərbaycan və Rusiya arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiya Bakıda toplaşacaq

Siyasət Materials 17 Dekabr 2007 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva / Dekabrın 19-20-də Bakıda Azərbaycan və Rusiya arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə hökumətlərarası komissiyanın 14-cü iclası keçiriləcək.

Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratovun əvvəllər jurnalistlərə verdiyi məlumata görə, iki ölkə arasında sərhədlər üzrə üç məntəqə razılaşdırılmamış olaraq qalıb. Bir məntəqədə üç ölkənin - Azərbaycan, Rusiya və Gürüstanın sərhədi kəsişir. Digər iki məntəqə üzrə isə Samur çayının aşağı axarları keçir. "Üç ölkənin sərhədinin kəsişdiyi məntəqə üzrə elə bir ciddi məsələ qalmayıb və kifayət qədər tez bir zamanda konkret qərara gəlmək olar. Düşünürəm ki, Rusiya və Azərbaycan körpünün Samur çayı üzərindən keçdiyi məntəqə üzrə qarşılıqlı qərar qəbul edə bilərlər. Bir qədər çətin vəziyyət dənizə bitişik məntəqə ilə bağlıdır. Düşünürəm, həmçinin bu məsələnin də həlli üçün imkanlar var" - deyə səfir bildirib. Onun rəyinə görə, tərəflərin bu məsələlər üzrə qərar qəbul etmə prosesinin sürətlənməsi ekspertlərin səmərəli fəaliyyətindən asılıdır.

Xəbər lenti

Xəbər lenti