...

İranın Azərbaycandakı səfirliyi "Səidin dəstəsi" cinayətkar qrupu haqqında dövlət televiziyası ilə nümayiş olunan filmə münasibət bildirib

Siyasət Materials 17 Dekabr 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S. Ağayeva/ İranın Azərbaycandakı səfirliyi ötən həftə Azəbaycan Dövlət Televiziyası ilə İranın xüsusi xidmət orqanları, İran İslam İnqilabının Müdafiə Korpusu - "SEPAH" ilə hakimiyyəti devirmək məqsədilə əməkdaşlıq edən "Səidin dəstəsi" cinayətkar qrupu barədə sənədli fimin nümayiş olunması ilə bağlı narazılığını bildirib.

Azərbaycanda hakimiyyəti zorla ələ keçirməyi planlaşdıran və "Səidin dəstəsi" kimi tanınan (dəstənin rəhbəri Səid Dadaşbəylinin adı ilə) silahlı qruplaşmanın üzvləri 2007-ci ilin yanvarında həbs olunub. Filmdə onlar bazasında hazırlıq keçdikləri "SEPAH"la əlaqələrindən danışırlar. Səfirliyin bazar ertəsi yayılan press-relizində bildirilir ki, "ssenerisi ABŞ və İsrailin kəşfiyyat orqanları tərəfindən yazılan film Azərbaycan və İran münasibətlərinə zərbə vurmaq məqsədi daşıyır".

Rəsmi Bakı Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin yaydığı məlumatın İran tərəfində narazılıq doğurması ətrafında yararan məsələni həll etmək üçün Tehrana təhlükəsizlik orqanları arasında görüş keçirməyi təklif edir. "İran XİN-in nümayəndələri ilə görüşdə bu məsələyə aydınlıq gətirmək üçün müvafiq orqanlar arasında görüş keçirməyi təklif etdik" - deyə bazar ertəsi Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov telefonla Trend ə müsahibəsində bildirib. Bununla əlaqədar olaraq Azərbaycan səfiri şənbə günü İranın Xarici İşlər Nazirlyinə çağırılıb. Nazirlik "bəzi KİV-in və dövlət orqanlarının əsassız ittihamları" ilə bağlı narazılğını bildirib və Bakının rəsmi olaraq üzr istəməsini tələb edib.

Səfir İran XİN-in nümayəndələri ilə görüşdüyünü təsdiq edib. "Biz söhbət etdik, lakin Azərbaycanın ünvanına heç bir nota səsləndirilmədi" - deyə dipolomat bildirib. Səfirin sözlərinə görə, hərtərəfli, uğurlu İran-Azərbaycan əməkdaşlığını nəzərə alsaq, bu məsələnin ən yaxşı həlli yolu iki ölkənin Təhlükəsizlik nazirliklərinin nümayəndələrinin görüşü ola bilər.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə qruplaşmanın 14 üzvünü 2 ildən 14 ilədək azadlıqdan məhrum edib. Onlar dövlətə xəyanət etməkdə, ölkədə hakimiyyəti zorla ələ keçirmək üçün hazırlıq işləri görməkdə, qanunsuz silah saxlamaqda, saxta pullar hazırlamaqda və yaymaqda, narkotik vasitələr saxlamaqda və yaymaqda günahkar bilinirlər.

Xəbər lenti

Xəbər lenti