...

Dondurulmuş münaqişələr – GUAM ölkələri ərazisində əsas problemlərdən biridir – Azərbaycanın Böyük Britaniyadakı səfiri

Siyasət Materials 20 Dekabr 2007 08:03 (UTC +04:00)
Dondurulmuş münaqişələr – GUAM ölkələri ərazisində əsas problemlərdən biridir – Azərbaycanın Böyük Britaniyadakı səfiri

Böyük Britaniya, London / müxbir Trend G.Əhmədova / Bu günləri GUAM ölkələri ərazilərində ən xoşagəlməz problemlərdən biri olan - dondurulmuş konfliktlərdir. Bunları isə Azərbaycana, Gürgüstana və Moldovaya şamil etmək olar. Bunu Trend -in müxbirinə Londonda Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, GUAM-ın yaradılmasından 10 il keçməsi ilə əlaqədar olaraq tədbirin keçirməsindən sonra demişdir.

Dondurulmuş münaqişələr qətnaməsi ideyası öz əksini BMT tapıbsa da, böyük naliyətdir, - deyə Qurbanov vurğuladı. Qətnamə laihəsinin adı "GUAM məkanında uzun çəkmiş münaqişələr və onların beynalxalq aləmə təsir etməsi". Təklif olunan qətnamə, suverenlik və ərazi bütövlüyü prinsipi əsasında tezliklə bu münaqişələrin həllinə çağırır. Bunlar isə öz növbəsində sülhü möhkəmləndirir.

Royal Garden Hotel-də keçirilən tədbirdə Ukrayına, Gürcüstanın, Moldovanın, Litvanın və Böyük Britaniyanın səfirləri və dövlət xadimləri iştrak edirdilər.

Azərbaycanın Böyük Britaniyadakı səfiri tədbirdə iştrak edərək GUAM fəaliyətindən, görülən işlərdən, əldə olunmuş nailiyətlərdən və problemlərdən danışdı. Qurbanov, Azərbaycanın enerji daşıyıcılarının diversifikasiyasına dair siyasətindən və bu sahədə GUAM ölkələri ilə əməkdaşlıq barədə söhbət açdı. O, GUAM ərazisində terrorizm mənbələrinin, qanunsuz narkotika dövriyəsinin olması ilə bağlı narahat olduğunu bildirdi.

GUAM formatı postsovet ölkələri tərəfindən 1997-ci ildə Avropa İttifaqının Strasburqda keçirilən sammiti zamanı yaradılmışdır. 1999-cu ildə bu formata Özbəistan qoşulmuşdur, lakin 4 ildən sonra onu tərk etmişdir. 2006-cı ildə bu formatın ilk sammitində Kiyevdə GUAM beynalxalq təşkilat bəyan etmək qərarına gəlmişdirlər - "GUAM iqtisadi inkişaf və demokratiya təşkilatı".

Xəbər lenti

Xəbər lenti