...

Ayaz Rüstəmov prezidentliyə namizəd kimi uyğun fiqur olmadığından istefaya göndərilib - AMİP-in sabiq sədri

Siyasət Materials 27 Dekabr 2007 14:39 (UTC +04:00)
Ayaz Rüstəmov prezidentliyə namizəd kimi uyğun fiqur olmadığından istefaya göndərilib - AMİP-in sabiq sədri

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanın müxalif Milli İstiqlal Partiyasının (AMİP) sabiq sədri partiyanın indiki sədrinin istefasını təsadüfi olmadığını bildirib. "Partiyanın sədri Ayaz Rüstəmovun vəzifəsindən istefa verməsi özbaşına verilən qərar deyil və bu addımı təzyiq altında atıb" cümə axşamı Trend ə AMİP-in sabiq sədri, müxalif Vətəndaş və İnkişaf partiyasının sədri Əli Əliyev bildirib.

Rüstəmov dekabrın 25-də səhhətindəki problemi ilə əlaqədar olaraq AMİP sədrliyindən istefa verdiyini açıqlayıb. Onun bildirdiyinə görə, istefa ərizəsini təzyiq altında yazmayıb. Partiyanın lideri Etibar Məmmədov Trend ə açıqlamasında Rüstəmovun istefasının səhhəti ilə bağlı olduğunu və partiyada bu posta layiqli kadrların olduğunu bildirib.

Əliyev deyib ki, AMİP sədrinin səhhəti ilə bağlı istefa verməsi inandırıcı görünmür. Onun sözlərinə görə, partiyada sədr dəyişikliyi gələn il keçiriləcək prezident seçkiləri ilə bağlıdır. "AMİP seçkilərə qatılmaq fikrindədir. Rüstəmov prezidentliyə namizəd kimi uyğun fiqur və cəmiyyətə təqdim olunan lider olmadığından, sədr dəyişikliyi həyata keçirilib" Əliyev əlavə edib.

AMİP-in təbliğat və mətbuat katibi Əli Orucov Trend ə açıqlamasında Rüstəmovun könüllü istefa verdiyini və Siyasi Şuranın hələ bu qərarı müzakirəyə çıxaracağını deyib. Siyasi Şuranın iclası isə yanvarın əvvəllərində keçiriləcək.

AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. Müxalifəti təmsil edən AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir. Rüstəmov 2006-cı ilin yanvarın 22-də keçirilən qurultayda AMİP-in sədri seçilib.

Vətəndaş və İnkişaf Partiyası 2006-cı mayın 28-də ildə təsis olunub. Həmin vaxta qədər bu partiyanın üzvləri Azərbayan Milli İstiqlal Partiyasında (AMİP) təmsil olunublar. AMİP-də baş vermiş parçalanma nəticəsində Əliyevin tərəfdarlı öz qurultaylarını keçirərək VİP-i təsis ediblər.

Xəbər lenti

Xəbər lenti