...

Azərbaycan prezidenti XDG-nin ən böyük bərəsinin təqdimat mərasimində iştirak edib

Siyasət Materials 30 Dekabr 2007 18:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Y.Əliyev, E.Hüseynov/ Bu gün Bakı Yaxt-Klubunda Xəzər Dəniz Gəmiçiliyinin (XDG) akademik Zərifə Əliyeva adına ən böyük bərəsinin istismara verilməsi mərasimi keçirilib. Azərbaycan prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Bərənin uzunluğu 154.5 m , eni 17.5 m, yükgötürmə qabiliyyəti 5984 tondur. Bərə Xorvatiyanın Ulyanik gəmi tərsanəsində hazırlanıb. Tədbirdə bildirilib ki, gəmi ən müasir naviqasiya və təhlükəsizlik sistemləri ilə təchiz edilib. XDG-nin sayca səkkizinci bərəsi 28 vaqon daşıyan digər gəmilərdən fərqli olaraq, 52 dəmiryol vaqonu daşımaq imkanına malikdir. Mərasimdə bildirilib ki, eynizamanda. daşınan vaqonların sayının artırılması bu nəqliyyat növü ilə TRACECA nəqliyyat dəhlizi ilə yük daşınmalarının effektivliyini əhəmiyyətli dərəcədə artıracaq. Bu, nəqliyyat dəhlizinin dəniz sahəsi tikintisi artıq başlayan Bakı-Tbilisi-Qars dəmir yolunun tərkib hissəsidir.

Xəbər lenti

Xəbər lenti