Qazaxıstan, Astana / Trend , müxbir K.Konırova/ Prezident Nursultan Nazarbaevin fərmanına əsasən Serik Primbetov Qazaxıstanın Azərbaycandakı səfiri təyin olunub. Bu barədə dövlət başçısının rəsmi saytında yerləşdirilən press-relizdə bildirilir.
Primbetov 2002-ci ildən AvrAzES baş katibinin müavinidir.
Qazaxıstanın Azərbaycanda Bundan öncəki səfiri Andar Şukputov ötən ilin oktyabrında "Batıs" Sosial-Sahibkarlıq Korporasiyasının idarə heyətinin sədri təyin olunub.