...

Azərbaycanın XİN başcısı Almaniyaya səfər edəcək

Siyasət Materials 28 Yanvar 2008 19:36 (UTC +04:00)
Azərbaycanın XİN başcısı Almaniyaya səfər edəcək

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir S.Ağayeva / Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov fevralın 8-10-da Almaniyaya səfər edərək, təhlükəsizliyə dair hər il keçirilən Münhen konfransında iştirak edəcək. Bu barədə bazar ertəsi Azərbaycanın XİN-nin mətbuat katibi Xəzər İbrahim jurnalistlərə bildirib.

Bu dəfə konfransda yüzdən artıq ölkənin rəhbərləri, nazirləri, parlament nümayəndələri və ekspertləri iştirak edəcəklər.

Təhlükəsizlik siyasəti üzrə müntəzəm olaraq Münhen konfransını keçirmək təcrübəsi 1964-cü ildən başlayıb. 1998-ci ilədək o, müharibə məsələləri üzrə Konfrans (Wehrkundetagung) adlanıb. Bu, hərbi-siyasi sahədə geniş tanınmış dünya forumundan biridir. Konfransda Avropa ölkələri, ABŞ və Asiyanın yüksək vəzifəli siyasətçiləri, hərbi diplomatları, NATO Baş Qərargahının nümayəndələri, təhlükəsizlik məsələləri üzrə ekspertlər, hərbi-sənaye konsernlərinin nümayəndələri, tanınmış jurnalistlər iştirak edirlər.

Münhen konfransı təhlükəsizlik siyasəti məsələlələri üzrə fikir mübadiləsi məqsədilə, AFR və NATO arasında dialoq kimi yaradılıb. Gəlcəkdə o, digər ölkələrin siyasi və hərbi dairələrinin diqqətini daha çox cəlb etməyə başlayıb. Hazırda bu - nəzər nöqtəsində təkcə NATO-nun təhlükəsizlik məsələləri dayanmayan, irimiqyaslı beynəlxal forumdur. Konfrans daha da qloballaşıb və beynəlxal əlaqələrin bütün spektrlərini əhatə edir.

Xəbər lenti

Xəbər lenti