...

Azərbaycan Dağlıq Qarabağ əhalisinin Ermənistandakı prezident seçkilərində iştirakı üzərində nəzarət tələb edir – Azərbaycan XİN-in mətbuat katibi

Siyasət Materials 4 Fevral 2008 16:38 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağ əhalisinin Ermənistandakı prezident seçkilərində iştirakı üzərində nəzarət tələb edir – Azərbaycan XİN-in mətbuat katibi

Azərbaycan, Bakı, 04 fevral/ Trend , müxbir S.Ağayeva/ Azərbaycan Dağlıq Qarabağ əhalisinin Ermənistandakı prezident seçkilərində iştirakı məsələsini nəzarət altına almaq xahişi ilə beynəxalq təşkilatlara müraciət edəcək. "Azərbaycanın bu məsələyə özünün nəzarət etməsi üçün mexanizmləri yoxdur və buna görə biz beynəlxalq təşkilatlara müraciət edəcəyik", - bazar ertəsi Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim jurnalistlərə bildirib.

Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi olmaqla, Ermənistanın işğalı altındadır. Ermənistanda prezident seçkiləri fevralın 19-na təyin edilib.

"Dağlıq Qarabağ sakinləri Azərbaycan vətəndaşlarıdırlar. Onlar heç bir halda Ermənistandakı prezident seçkilərinə cəlb edilə bilməzlər və onları səsvermədə işitraka cəlb etmək üçün istənilən cəhd beynəlxalq hüquq və normaların pozulmasıdır", - İbrahim bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti