...

Kuba Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Siyasət Materials 5 Fevral 2008 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend , müxbir Q.Cəbiyev/ Rəsmi Havana Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Trend in məlumatına görə, bunu Kubanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marselo Kaballero Torres hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi Əli Əhmədovla görüşündə bildirib.

Ermənistan Silahlı Qüvvələri 1988-1994-cü illər ərzində Azərbaycanın 20 faiz torpağını işğal edib. 1994-cü ildə sülh sazişi bağlanıb və Dağlıq Qarabağ probleminin həlli üçün ATƏT-in Minsk Qrupu yaradılıb.

Onun sözlərinə görə, Kuba hökuməti Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Görüşdə səfir, həmçinin? deyib ki, Kuba Azərbaycanla iqtisadi sahədə əlaqələrin inkişafında maraqlıdır.

YAP hakim partiyadır və 1993-cü ildən hakimiyyətdədir. Partiyanın sədri İlham Əliyev Azərbaycanın prezidentidir.

Xəbər lenti

Xəbər lenti