...

Azərbaycanın müdafiə naziri NATO-nun qeyri-formal sammitində iştirak edir

Siyasət Materials 7 Fevral 2008 13:28 (UTC +04:00)
Azərbaycanın müdafiə naziri NATO-nun qeyri-formal sammitində iştirak edir

Azərbaycan, Bakı, 07 fevral / Trend , müxbir S.Ağayeva/ Fevralın 7-də Vilnüsdə təqribən dünya ölkələrinin dörddə birinin nümayəndələrinin iştirak etdiyi NATO ölkələri hərbi nazirlərinin qeyri-formal görüşü öz işinə başlayıb.

Litvanın Azərbaycandakı səfiri Kudzmanas Kyastutis cümə axşamı Trend ə Vilnüsdə iki gün ərzində qlobal təhlükəsizlik məsələləri, Alyans üçün aktual olan problemlərin həlli, həmçinin bütün beynəlxalq cəmiyyət üçün mühüm olan məsələlər - Əfqanıstan və Kosovoda sülhün təminatı və onların iqtisadi inkişafı, NATO-nun digər tərəfdaşlarla əməkdaşlıq məsələlərinin müzakirə olunacağı barədə məlumat verib. NATO ölkələri nümayəndə heyətlərindən başqa burada hərbi nazirlərin rəhbərliyi ilə Kosovo və Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatlara qoşulmuş ölkələr, həmçinin Ukrayna, Rusiya, Əfqanıstan, BMT, Avropa Komissiyası, Dünya Bankı və digər nüfuzlu təşkilatların nümayəndələri də iştirak edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanı müdafiə naziri, general-polkovnik Səfər Əbiyev təmsil edir. Sammitdə iştirak çərçivəsində Azərbaycan nümayəndə heyəti ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.

Sammitə beş fərqli görüş - NOTO hərbi nazirlərinin iclası, NATO və Ukrayna komissiyalarının məsləhətləşmələri, Rusiya-NATO Şurası münasibətlərinin, sülhməramlı əməliyyatlarda iştirak edən bütün ölkələrin iştirakı ilə Əfqanıstan və Kosovoda vəziyyətin müzakirəsi keçiriləcək.  

Xəbər lenti

Xəbər lenti