...

ATƏT-in fəaliyyətdə olan sədri rəsmi Bakının Dağlıq Qarabağla bağlı mövqeyini öyrənmək istəyir (video)

Siyasət Materials 28 Fevral 2008 02:49 (UTC +04:00)
ATƏT-in fəaliyyətdə olan sədri rəsmi Bakının Dağlıq Qarabağla bağlı mövqeyini öyrənmək istəyir (video)

Azərbaycan, Bakı, 27 fevral / Trend müxbirK.Ramazanova/ ATƏT-in fəaliyyətdə olan sədri İlkka Kanerva rəsmi Bakının Dağlıq Qarabağla bağlı mövqeyini öyrənmək istəyir. Bunu Kanerva fevralın 27-də Heydər Əliyev adına Hava Limanında jurnalistlərin suallarını cavablandırarkən deyib. "Azərbaycan mənim üçün çox maraqlı ölkədir. Ona görə də mən ATƏT-in fəaliyyətdə olan sədri kimi Azərbaycan tərəfinin Dağlıq Qarabağla bağlı fikrini öyrənmək istərdim", - deyə o qeyd edib.

Kanervanın sözlərinə görə, o Qarabağ probleminin həllində obyektivliyin qorunub saxlanmasına çalışacaq.

Dağlıq Qarabağın Azərbaycan və erməni icmalarının danışıqlar prosesinə cəlb edilməsinə gəlincə, ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, bu məsələ onun Yerevanda müzakirə etdiyi mövzulardan biri olub. O həmçinin əlavə edib ki, sözügedən məsələni ATƏT-in Minsk qrupu çərçivəsində daha geniş formatda müzakirə etmək niyyətindədir.

ATƏT nümayəndələrinin səfəri fevralın 26-da Cənubi Qafqaz ölkələrinə başlayan turne çərçivəsində gerçəkləşdirilir.

Bakıya səfər zamanı ATƏT-in hazırkı sədri İlkka Kanerva və Qoran Lenmarker və prezident İlham Əliyev, MM sədri Oqtay Əsədov, XİN başçısı Elmar Məmmədyarov, siyasi partiyaların sədrləri və Dağlıq Qarabağın Azərbaycan icmasının rəhbəri Nizami Bəhmənovla görüşəcəklər.

Görüşlərdə Azərğbaycanla ATƏT arasındakı əməkdaşlığın perspektivləri, habelə Qarabağ nizamlanmasının gedişatı müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti