...

Azərbaycanda Çexiya səfirliyinin açılması məsələsi müzakirə olunub

Siyasət Materials 3 Mart 2008 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 mart/ " , müxbir İ.Əlizadə/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Çexiya parlamentinin xarici əlaqələr komitəsinin üzvləri ilə görüşündə Bakıda Çexiya səfirliyinin açılması məsələsi müzakirə olunub. Bu barədə bazar ertəsi Trend a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Görüşdə iki ölkə arasında viza rejiminin sadələşdirilməsi, iş adamları arasında əlaqələrin yaradılması məsələlərinə toxunulub", - deyə mətbuat xidmətindən bildirilib.

Məmmədyarov qarşılıqlı səfərlərin və görüşlərin daha geniş və hərtərəfli əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edərək, çoxtərəfli səviyyədə də qarşılıqlı anlaşmanı müsbət qiymətləndirib, Çexiya-GUAM dialoqu daxilində fikir mübadiləsini səmərəli hesab etdiyini vurğulayıb.

Nazir regional enerji layihələri və onların Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfə barədə danışıb, Azərbaycanın Avropaya inteqrasiyasında Çexiya təcrübəsinin öyrənilməsinin faydalı olacağını bildirib.

Çexiya Parlamentinin Deputatlar palatasının xarici əlaqələr komitəsinin sədri Yan Hamaçek Azərbaycana səfərin ikitərəfli əlaqələrin inkişafı üçün növbəti vacib addım olduğunu vurğulayıb, əməkdaşlığın mövcud potensialının daha da dərinləşdirilməsinin zəruriliyini bildirib.

Xəbər lenti

Xəbər lenti