...

Prezident İlham Əliyev "Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə dəyişikliklərin edilməsi ilə bağlı fərman imzalayıb

Siyasət Materials 6 Mart 2008 23:57 (UTC +04:00)

Prezident İlham Əliyev martın 6-da "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" qanunun icrası ilə bağlı fərmana bəzi dəyişikliklərin və əlavələrin edilməsinə dair fərman imzalayıb.

Fərmana əsasən "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" fərmanın 3-cü bəndinin ikinci abzasında "həmin Əsasnamənin" sözlərindən sonra "88-ci maddəsinin birinci hissəsinin ikinci cümləsində," sözləri əlavə edilsin, "və 101-ci maddəsində" sözləri ", 101-ci maddəsində və 104-cü maddəsinin birinci hissəsində" sözləri ilə əvəz edilib.

Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti