...

Kosovo digər dondurulmuş münaqişələrə presedent ola bilməz – Bolqarıstan prezidenti

Siyasət Materials 10 Mart 2008 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı. 10 mart. / Trend müxbir A.İsmaylova / Avropa İttifaqı öz səylərini artırmalı və işğalçıya açıq mesaj göndərməlidir ki "Dağlıq Qarabağ heç vaxt müstəqil olmayacaq". Bunu bazar ertəsi Bakıda Bolqarıstan prezidenti Georqi Pırvanovla keçirdiyi birgə brifinqdə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

Dövlət başçısı bolqarıstanlı həmkarına Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə mövqeyini bildirib. "Mən qeyd etdim ki münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, məcburi köçkünlərin doğma torpağlarına qayıtmaq şərti ilə həll oluna bilər", İlham Əliyev dedi.

Dağlıq Qarabağ münaqişəsinə mövqeyini bildirən Georqi Pırvanov qeyd etdi ki, Bolqarıstan ATƏT-in Minsk qrupnun fəaliyyətini dəstəkləyir, və artıq Avropa İttifaqı üzvü kimi bu təşkilatda həmin mövqeyi ifadə edəcək.

O həmçinin qeyd etdi ki, Bolqarıstan Kosovonun müstəqilliyini tanımayıb. "Biz öz mövqeyimizi sonra, orada vəziyətin necə inkişaf etdiyini görəndən sonra bildirəcəyik", Pırvanov dedi. O əlavə etdi ki Kosovo digər dondurulmuş münaqişələrə presedent ola bilməz.

Georqi Pırvanov onu da dedi ki, o İlham Əliyevi Bolqarıstana səfər etməyə dəvət edib. Səfərdən sonra bu ölkədə Azərbaycan Günləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti