...

Prezident İlham Əliyev Daxili Qoşunların hərbi qulluqçularını təltif edib

Siyasət Materials 11 Mart 2008 20:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart/ Trend / Prezident İlham Əliyev çərşənbə axşamı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə göstərdikləri şücaət və igidliyə, xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, 2 nəfər "Vətən uğrunda", 4 hərbi qulluqçu (ölümündən sonra) " İgidliyə görə" medalları ilə təltif olunub, 23nəfərsə "Hərbi xidmətlərə görə" medalına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti