...

Azərbaycan Prezidenti Ilham Əliyev Sabir bağinda və Nizami meydansnda görülmüş əsaslı təmir və yenidənqurma işləri ilə taniş olmuşdur

Siyasət Materials 18 Mart 2008 22:32 (UTC +04:00)

Azərbaycan, Bakı. 18 MART / Trend / Azərbaycan Prezidenti İlham Əliyev martın 18-də Bakının mərkəzindəki Sabir bağında və Nizami meydanında görülmüş əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur.

Dövlətimizin başçısı əvvəlcə Sabir bağına gəldi. Paytaxtın bu istirahət guşəsində görülmüş işlər buranın görkəmini tamamilə dəyişmişdir. Bağda yeni yaşıllıq zonası salınmışdır, müasir işıqlandırma sistemi quraşdırılmış, üzlük daşlar, mərmər döşənmişdir. Yaşıllıq zonasında Novruzun rəmzi olan səmənilərin əkilməsi isə xoş bayram ovqatı yaradır.

Sonra dövlətimizin başçısı Nizami meydanına gəldi, görülmüş işlərin nəticəsi ilə maraqlandı. Burada da qısa müddətdə bərpa və yenidənqurma işləri aparılmış, yaşıllıq zolağı, işıqlandırma sistemi tamamilə yeniləşdirilmişdir.

Prezident İlham Əliyev mərtəbəli fəvvarələr kompleksinə baxdı, görülmüş işlərdən razılığını bildirdi. Nizami adına Ədəbiyyat Muzeyi ilə gözəl vəhdət təşkil edən meydanda istirahət üçün lazımi şərait yaradılmışdır.

Daha sonra dövlətimizin başçısı "Azərbaycan" kinoteatrının qarşısına, Natəvanın abidəsinin ucaldığı əraziyə gələrək, burada gedən təmir-bərpa işləri ilə maraqlandı. Prezident İlham Əliyev ətraf binaların da müasir görkəm alması üçün müvafiq tapşırıqlarını verdi.

Xəbər lenti

Xəbər lenti