...

Moskvada bölgə təhlükəsizliyi arxitekturasının formalaşdırılması məsələləri müzakirə olunacaq

Siyasət Materials 31 Mart 2008 18:49 (UTC +04:00)
Moskvada bölgə təhlükəsizliyi arxitekturasının formalaşdırılması məsələləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir S.Ağayeva / Moskva şəhərində aprel ayının 4 -də Azərbaycanın siyasi və sosial-iqtisadi baxışdan inkişafı "Azərbaycan-2008:inkişafa təkan" adlı

Konfransında müzakirə olunacaq.

"Bizim məqsədimiz Azərbaycanın müasir inkişafı haqqında Rusiya ilə intellektual müzakirələrə girmək, bölgə təhlükəsizliyi arxitekturasının formalaşdırılması məsələlərini nəzərdən keçirməkdir" - deyə bazar ertəsi Trend a gələcək konfransın iştirakçılarından biri, Prezident Administrasiyasının Siyasi Analiz və İnformasiya Təminatı Şöbəsinin rəhbəri Elnur Aslanov bildirib.

Aslanov qeyd edib ki, konfransda keçmiş sovet məkanına ümumi demokratikləşmə prosesinin təsiri, Azərbaycan -Rusiya əməkdaşlığı perspektivləri haqqında müzakirələr və Cənubi Qafqazdakı geosiyasi tərtibinin gələcək ab-havasının təhlili nəzərdə tutulur.

"Məlumdur ki, Azərbaycan postsovet məkanında son illər iqtisadi inkişaf tempinə görə liderlərdən biridir. Bu amilləri nəzərə alaraq, milli-iqtisadi inkişafın konsepsiyaları, eləcə də, müasir Azərbaycan dövlətçiliyinin inkişafı aspektlərinin müzakirəsi çox mühüm məsələdir" - deyə o, bildirib.

Konfransın təşəbbüskarı qismində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə əməkdaşlıq zəminində Moskvanın Karnegi Mərkəzi çıxış edir.

Azərbaycanı konfransda Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Nuriyev, Trend İnformasiya Şirkətinin Baş direktoru İlqar Hüseynov, Azərbaycanın Sosial Tədqiqatlar Fondunun rəhbəri Rəşad Rzaquliyev, Azərbaycanın Diplomatik Akademiyası Departamentinin direktoru Fariz İsmayılzadə təmsil edəcək.

Rusiya tərəfindən konfransda tanınmış siyasətçilər, iqtisadçılar və ictimaiyyət nümayəndələri iştirak edəcək.

Aslanovun məlumatına görə, analoji konfransların Avropanın digər ölkələrində də keçirilməsi planlaşdırılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti