...

Fələstinin HƏMAS və FƏTH hərəkatlarının birləşməsi mümkün deyil – amerikan və ərəb ekspertləri

Siyasət Materials 14 Aprel 2008 10:59 (UTC +04:00)
Fələstinin HƏMAS və FƏTH hərəkatlarının birləşməsi mümkün deyil – amerikan və ərəb ekspertləri

Fələstinin İslami Müqavimət Təşkilatı "Həmas" və hakim "Fəth" partiyasının birləşməsi regionda sülhün əldə edilməsi üçün səmərəli ola bilər, lakin çox güman ki, bu hər iki tərəf üçün qəbuledilməz olacaq.

"Qalib gələn tərəf hər şey əldə edəcək. Əgər FƏTH formal olaraq HƏMAS-ın gücünü tanıyarsa, bununla öz ölüm hökmünü imzalamış olacaq. Yox əgər HƏMAS Qəzza üzərində nəzarəti təhvil versə, o dərhal siyasi dayağından məhrum olacaq" - deyə Trend a amerikalı ekspert Aaron Mannes (Aaron Mannes) bildirib.

İsrailin "MIGNEWS" Agentliyi aprelin 7-dəFələstin Muxtariyyətinin lideri Mahmud Abbasın gizli danışıqlar aparması barədə məlumat verib. İsrailin "DEBKA" xəbər portalı məlumat verib ki, danışıqlar zamanı FƏTH və HƏMAS-ın İuda və Samaridə hakimiyyətin islamçılar tərəfindən sülh yolu ilə ələ keçirilməsini mümkün edəcək birləşmə barədə razılaşma əldə edib.

Yaxın Şərq üzrə ekspert Mannesin cümə günü elektron poçt ilə verdiyi məlumata görə, birləşmə olacağı təqdirdə FƏTH HƏMAS hərəkatı ilə neytrallaşacaq. Ekspert bildirib ki, Fələstin siyasətçiləri multipartiyalı sistemi qəbul etməyəcəklər. Analitik hesab edir ki, HƏMAS və FƏTH arasında müqavilə imzalanarsa o, heç bir vaxt həyata keçirilməyəcək. Çünki HƏMAS Qəza üzərində nəzarəti itirməyə hazırlaşmır, FƏTH isə heç bir vaxt öz mövqeyini təhvil verməyəcək.

FƏTH-in mətbuat mərkəzindən HƏMAS ilə gizli danışıqların aparması ilə bağlı Trend a açıqlama verməkdən imtina ediblər. " HƏMAS ilə FƏTH arasında danışıqların olması onların birləşməsi demək deyil" - deyə FƏTH yönümlü politoloq İsam Məhəmməd Trend a bildirib. O hesab edir ki, FƏTH və HƏMAS təşkilatlarının birləşməsi qeyri-mümkündür. " "HƏMAS və FƏTH bir-birindən həm ideoloji, həm də siyasi görüşlərinə görə fəqlənirlər" - deyə Qəzzə İslam Universitetinin dekanı Qazı Məhəmməd cümə axşamı Qəzzədən telefonla bildirib.

Amerika eksperti Qavdat Bahqatın (Gawdat Bahgat) rəyinə görə, fələstinlilərin yaşadığı şərait nə qədər çox sərt olduqca və İsrail tərəfdən zorakılıq artdıqca HƏMAS və FƏTH o qədər sıx işləyəcəklər. "Bu hərəkatların əsas məqsədi İsrailin Fələstin ərazilərindən çıxarılmasıdır. Bununla yanaşı onlar bu məqsədə çatmaq vasitələri və Fələstin dövlətinin gələcəyi haqqında baxışları ilə bir-birindən fərqlənirlər. FƏTH İsrail ilə dinc danışıqları dəstəklədiyi zamanda, HƏMAS hərbi üsulu üstün tutur", -Pensilvaniya Universitetinin Yaxın Şərqin öyrənilməsi üzrə Mərkəzinin direktoru Bahqat şənbə günü Trend -a bildirib.

Ekspert HƏMAS-ın Fələstində uzun bir müddətə möhkəmləndiyini hesab edir. "HƏMAS 2006-cı ildə keçirilən milli seçkilərdə qalib gəlib və bu partiya ilə yaxınlaşmaq yollarını axtarmaq lazımdır. Digər tərəfdən HƏMAS öz mövqeyini yumşaltmalı və dinc danışıqlarla razılaşmalıdır", - ekspert əlavə edib.

İllinoys Universitetinin (ABŞ) professoru Frensis Boyl (Francis Boyle) hesab edir ki, HƏMAS və FƏTH-in milli-hökumət birliyinə qayıtmasını təşviq etmək lazımdır. "Mən FƏTH və HƏMAS arasında seçimdənsə ərəb dünyasını və bu birliyin irəliləməsini dəstəkləyirəm", - cümə günü Boyl Trend a bildirib. Onun sözlərinə görə, milli-hökumət birliyi İsrailin qeyri-qanuni hərbi-işğal siyasətinin qarşısının alınması üzrə proqram irəli sürməlidir.

Fələstindəki "MƏAN" İnformasiya Agentliyinin direktoru politoloq Nasir Ləhham da hesab edir ki, FƏTH və HƏMAS təşkilatları arasında danışıqların keçirilməsi onların birləşməsi kimi qəbul edilməməlidir. "Bu təşkilatların bir-birindən əsas fərqi HƏMAS-ın daha sərt və radikal olması, FƏTH-n isə İsrailə qarşı daha liberal siyasət nümayiş etdirməsidir" - deyə Ləhham cümə axşamı Ramallahdan telefonla Trend a bildirib.

Politoloqun fikrincə, Abbasın "Həmas" təşkilatı ilə siyasi danışıqlara getməsi İsrail-Fələstin sülh danışıqlarına ciddi zərbədir. " HƏMAS təşkilatı heç bir dövlət tərəfindən rəsmən qəbul edilmir və qəbul edilməyən bir təşkilatla rəsmi dövlət qurumunun danışıqlar aparması o qədər də inandırıcı deyil" - deyə Ləhham bildirib.

" FƏTH və HƏMAS təşkilatları arasında gizli danışıqların aparılması mümkün deyil" - deyə HƏMAS-ın mətbuat katibi Sami Əbu-Zühri Trend a bildirib. "HƏMAS öz fəaliyyətində şəffafdır və birləşmək niyyətimiz olsaydı, bunu rəsmən bəyan edərdik" - deyə o, cümə axşamı Qəzzədən telefonla bildirib.

HƏMAS rəsmisi hesab edir ki, təşkilatların birləşməsi qeyri-mümkündür. "Fələstinlilərin maraqlarına zidd siyasət aparan bir təşkilatla HƏMAS-ın birləşməsi barədə söhbət ola bilməz" - deyə o vurğulayıb.

HƏMAS təşkilatı 1987-ci ildə "Müsəlman-qardaşlar" təşkilatının bir hissəsi kimi Əhməd Yasin tərəfindən yaradılıb. Hərəkatın elan olunmuş məqsədi "İordaniyadan Aralalıq dənizinə qədər", yəni Qəzzə zolağı və İsrail dövlətinin daxil olduğu ərazidə müstəqil Fələstin islam dövləti yaratmaqdar ibarətdir.

FƏTH - "Fələstin milli azadlıq hərəkatı", 1956 -cı ildə təsis edilib. Onun tarixi liderləri - Ya sir Ərəfat (Abu Ammar), Salah Xələf (Abu Əyyad), Xəlil əl-Vəzir (Əbu Cihad), Fərrux Kəddumi (Əbu Lütf) və Mahmud Abbas dır (Əbu Mazen).

HƏMAS 2005-ci ildə Fələstində keçirilən Parlament seçkilərində səslərin əksəriyyətini toplayaraq qalib gəlib, FƏTH-ə məxsus olan siyasi strukturları silah yolu ilə ələ keçirib və Qəzzə üzərində nəzarəti ələ keçirib. İordan çayının Qərb sahili Mahmud Abbasın rəhbərlik etdiyi hakim partiya FƏTH-in nəzarəti altındadır.

Ekspert HƏMAS-ın Fələstində uzun bir müddətə möhkəmləndiyini hesab edir. "HƏMAS 2006-cı ildə keçirilən milli seçkilərdə qalib gəlib və bu partiya ilə yaxınlaşmaq yollarını axtarmaq lazımdır. Digər tərəfdən HƏMAS öz mövqeyini yumşaltmalı və dinc danışıqlarla razılaşmalıdır", - ekspert əlavə edib.

Xəbər lenti

Xəbər lenti