...

Azərbaycanda tərtib olunan seçki siyahıları ölkədə şəffaf seçki keçirilməsinə tam imkan verir-MSK sədri

Siyasət Materials 7 May 2008 18:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri bəyan edib ki, tərtib olunan son seçki siyahıları ölkədə şəffaf seçki keçirilməsinə tam imkan verir. "Hazırlanan seçki siyahılarını etibarlı hesab etmək olar" - çərşənbə günü keçirilən iclasda MSK sədri Məzahir Pənahov bildirib.

Azərbaycanın məntəqə və dairə seçki komissiyaları seçki siyahılarını tərtib edərək, MSK-ya təqdim edib. İlkin araşdırmalardan sonra Azərbaycanın seçki siyahısına 4 683 400 seçicinin adı salınıb.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Pənahov deyib ki, mayın sonuna kimi MSK seçki siyahıları ilə bağlı dəqiqləşdirmələri başa çatdıracaq. Onun sözlərinə görə, mayın 25-27-də MSK seçki siyahılarını təsdiq edəcək. MSK sədri bildirib ki, seçki siyahılarının tərtibi ilə bağlı tam nəticə əldə etmək mümkün deyil. "Seçki siyahıları tərtib edilərkən texniki səhvlərə yol verilib, bunun aradan qaldırılması üçün maarifləndirmə işi aparılır"- Pənahov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti