...

Azərbaycan parlamenti İqtisadi İnkişaf nazirliyinə qalib gəlib

Siyasət Materials 11 May 2008 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanda ilk parlamentin yaradılmasının 90 illiyi ilə bağlı Milli Məclis və dövlət orqanları arasında keçirilən futbol turnirinə bazar günü start verilib. Trend -un məlumatına görə turnirin açılış oyununda A qrupunda mübarizə aparan parlament və İqtisadi İnkişaf nazirliyinin komandaları qarşılaşıb. Parlamentin komandası rəqibi darma-dağın edib - 5-1.

Azərbaycanda ilk parlament 1918-ci ildə yaradılıb. Parlamentin yaradılması 1918-1920-ci illərdə mövcud olan ilk müstəqil respublika - Azərbaycan Demokratik Respublikasının dövründə baş verib.

Bakı Dövlət Universitetinin futbol meydançasında baş tutan açılışda Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və AFFA-nın prezidenti Rövnəq Abdullayev, Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edib.

Yarışın qalibi "Parlament kuboku", qızıl medallar və diplomlarla, ikinci yeri tutmuş komanda gümüş medallar və diplom, üçüncü və dordüncü yeri tutmuş komanda isə bürünc medallar və diplomlarla mükafatlandırılacaq. Turnirin ən yaxşı qapıçı, müdafiəçi, yarım müdafiəçi və ən sərrast futbolçusu turnirin təşkilat komitəsi tərəfindən final oyunundan qabaq seçilir və final oyununun sonunda mükafatlandırılır.

Mayın 12-də A qrupunun daha iki komandası Ədliyyə və Daxili İşlər nazirlikləri qarşılaşacaq.

Turnirin final oyunu iyunun 11-də keçiriləcək.

A qrupu

Milli Məclis

Ədliyyə nazirliyi

İqtisadi İnkişaf nazirliyi

Daxili İşlər nazirliyi

B qrupu

Prezidentin İcra Apparatı

Ekologiya və Təbii Sərvətlər nazirliyi

Maliyyə nazirliyi

Nəqliyyat nazirliyi

C qrupu

Təhsil nazirliyi

Vergilər nazirliyi

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi

D qrupu

Mədəniyyə və Turizim nazirliyi

Fövqadədə Hallar nazirliyi

Kənd Təsərrüfatı nazirliyi

Rabitə və İnformasiya Texnologiyaları nazirliyi

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti