Azərbaycan, Bakı, 19 may/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamentinin Sosial siyasət komissiyasının sədri hesab edir ki, QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Xəstəliyi-SPİD) xəstəliyi daha çox həbsxanalarda və orduda yayılır. "Bunun qarşısını almaq üçün həbsxanalar və orduda QİÇS-lə mübarizə gücləndirilməlilir", - deyə bazar ertəsi Trend -a parlamentin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib.
Cari ilin birinci rübü ərzində Azərbaycanda QİÇS virusuna 90-a yaxın yeni yoluxma faktı aşkar olunub. Onlardan 88 nəfəri Azərbaycan, bir nəfəri isə xarici vətəndaşdır.
QİÇS xəstələrinin yaş həddi bu formadadır: 48 nəfər -30-39 yaş həddində, 13 nəfər - 25-29 yaşında, 17 nəfər - 40- 49 yaşında, 4 nəfər - 19-24 yaş, 1 nəfər 14 yaşına qədər, 2 nəfər isə 50-59 yaşında.
88 azərbaycanlıdan 16-sı bu xəstəliyə Azərbaycandan kənarda yoluxub.
"Həbsxanalarda narkotiklərin yayılması və bunun nəticəsində QİÇS xəstəliyi daşıyıcılarının artması problemi var. "QÇİS-lə mübarizə haqqında" qanuna həbsxana və orduda narkomaniya və QÇİS-lə mübarizənin gücləndirilməsi ilə bağlı əlavə və dəyişikliklər ediləcək", - deyə komissiya sədri əlavə edib.
Rəcəbli əlavə edib ki, qeyri-ənənəvi cinsi azlıqlar və faişələr arasında da QÇİS xəstəliyinə yoluxma halları çoxluq təşkil edir: "Onlar arasında da QÇİS-lə mübarizə tədbirləri gücləndirilməlidir".
Onun sözlərinə görə, qanuna əlavə və dəyişikliklərin parlamentin payız sessiyasında qəbul olunması nəzərdə tutulub.
"QÇİS-lə mübarizə haqqında" qanun 1996-cı ildə qəbul olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]