...

Ukrayna prezidenti Ukrayna-Azərbaycan münasibətlərini yüksək qiymətləndirib

Siyasət Materials 22 May 2008 16:34 (UTC +04:00)

Ukrayna, Kiyev, 22 may / " müxbir Z.Novosvitski/ Ukrayna przidenti ölkəsi ilə Azərbaycan arasında, xüsusilə son zamanlar yaranan, ikitərfli münasibtlərin yüksək səviyyədə olduğunu qeyd edib.

"Biz dövlət, hökumətlərarası və vətəndaş səviyyələrində olan münasibətlərimizi yüksək qiymətləndiririk", - deyə Viktor Yuşşenko cümə axşamı Kiyevdə Ukraynada rəsmi səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bildirib.

O, ölkələr arasında işgüzar əlaqələrin inkişaf dinamikasının müsbət olduğunu bildirib. Prezident ötən il Ukrayna və Azərbaycan arasında ticarət dövriyyəsi üzrə artımın 43 faiz təşkil etdiyini xatırladıb. "İnanıram ki, bu günki görüş yeni təşəbbüs və ideyaların inkişafına təkan verəcək bu məsələləri müzakirə etməyə imkan yaradacaq", - deyə Yuşşenko bildirib.

Tərəflərin ikitərəfli əməkdaşlığın bir sıra aktual məsələlərini - xüsusilə də neft emalı sahəsində birgə layihələrin reallaşdırılması, aviasiya sahəsində əməkdaşlıq üzrə məsələləri müzakirə edəcəkləri planlaşdırılıb.

Danışıq aparan tərəflər yanacaq-energetika kompleksi məsələri üzrə əməkdaşlığın parametr və istiqamətlərinin müəyyən edilməsi üzrə Ukranya-Azərbaycan birgə ekspert işçi qrupunun işinə start verilməsini müzakirə etməyi planlaşdırır. Bu qrupun ilk iclası mayın 5-7-də Kiyevdə keçirilib.

Dövlət başçıları təkbətək görüşdə enerji, hərb-texniki və humanitar əməkdaşlıq məsələlərini, eləcə də mayın 21-də Kiyevdə öz işinə başlayan energetika sammiti də müzakirə olunub.

Prezidentlər Ukraynada Xəzər neftinin emalı üzrə yüksək texnologiyalı birgə kompleksin yaradılması imkanlarından da danışıblar.

Tərəflər hərbi-texniki əməkdaşlığın fəallaşdırılması və Azərbaycan hərbçilərinin Ukraynanın yüksək hərbi təlim müəssisələrində hazırlanması kimi məsələləri də nəzərdən keçiriblər.

Ukrayna tərəfi Azərbaycanın BMT-də 1932-1933-cü illər Qolodomor Qətnaməsini dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti