...

"Ağ axın" qaz kəməri Azərbaycan üçün ikiqat faydalıdır – Ukrayna prezidenti

Siyasət Materials 29 May 2008 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 may/ Trend , müxbir A.Qasımova/ Ukrayna prezidenti Viktor Yuşşenko hesab edir ki, planlaşdırılan "Ağ axın" qaz kəməri Asiya qazını tranzit edən və ən sərfəli bazarda - Avropa bazarında satılması mümkün olan şəxsi qazına malik bir ölkə kimi, Azərbaycan üçün ikiqat faydalı olacaq.

Ukrayna prezidenti Trend -a eksklüziv müshibəsində bildirib ki, bu qaz kəməri Zaqafqaziya və Ukrayna ölkələri vasitəsilə Mərkəzi-Orta Asiya regionlarını Avropa dövlətləri ilə birləşdirməlidir.

"Beləliklə, biz qaz hasil edən, nəql edən və istehlak edən ölkələri vahid bir qrupda "bağlaya" bilərik.", - Yuşşenko bildirib.

"Ağ axın" layihəsi fikri ilk dəfə olaraq Ukraynanın rəsmi şəxsləri tərəfindən 2005-ci ildə səsləndirilib. Qara dəniz vasitəsilə türkmən və İran qazını Mərkəzi və Şərqi Avropaya tədarük etmək haqqında fikir 2006-cı ildə yenidən səsləndirilib. Sonra layihə dəfələrlə beynəlxalq konfranslarda müzakirə edilib, 2007-ci ilin mayında Vyanada, qaz forumunda "Ağ axın"ın açıq təqdimatı keçirilib. Daha bir təqdimat 2007-ci ilin oktyabrında Vilnüsdə, enerji təhlükəsizliyi üzrə sammitdə baş tutub.

"Düşünürəm ki, ikiqat fayda Azərbaycanın bu layihənin reallaşdırılmasında iştirakını real edir", - Ukrayna prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti