...

Mərkəzi Seçki Komissiyası ABŞ-ın Azərbaycanla bağlı hesabatını qeyri-obyektiv hesab edir

Siyasət Materials 30 May 2008 12:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may / Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası bəyan edib ki, ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycandakı seçkiqabağı vəziyyətlə bağlı yer alan məqamlar qeyri-obyektivdir. "Mən hesab edirəm ki, Azərbaycanda seçkilərin keçirilməsi üçün çox gözəl şərait yaradılıb" - deyə MSK sədri Məzahir Pənahov cümə günü jurnalistlərə bildirib.

ABŞ Dövlət Departamenti çərşənbə günü Azərbaycanda insan haqları üzrə hesabat dərc edib. Sənəddə bildirilir ki, 2007-ci ildə Azərbaycanda insan haqları sahəsində vəziyyət pisləşib və demokratik seçkilərin keçirilməsi üçün islahatların vacibliyi qeyd olunub.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək.

Pənahov vurğulayıb ki, Azərbaycanda seçkiqabağı vəziyyətin necə olduğunu vətəndaşlar hamıdan yaxşı bilir. "Azərbaycan vətəndaşları da bildirlər ki, ölkədə seçkiqabağı vəziyyət demokratikdir", Pənahov vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - trend

Xəbər lenti

Xəbər lenti