...

Azərbaycan parlamenti prezidentliyə namizədlərin pul depoziti hesabına qeydə alınmasını ləğv edib

Siyasət Materials 2 İyun 2008 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan parlamenti prezidentliyə namizədlərin pul depoziti hesabına qeydə alınmasını ləğv edib. Trend -un məlumatına görə, parlamentin bazar ertəsi keçirilən iclasında Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi məsələsi müzakirə olunub.

Azərbaycan parlamenti cümə günü Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı müzakirələrə başlayıb. Müzakirələr bazar ertəsi davam etdirilib.

Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün Azərbaycan hökuməti ilə Avropa Şurasının Venesiya Komissiyasının birgə müzakirələri nəticəsində yeni layihə hazırlanıb. Azərbaycan hökumətinin hazırladığı əlavə və dəyişikliklər layihəsinə Avropa Şurası Venesiya Komissiyası müsbət rəy verib.

Prezidentliyə namizədlər tələb olunan imzanı toplaya bilmədikləri halda, seçki fonduna toplanan pulun 3%-ni (333 min manat) depozit qoymaqla qeydə alına bilərdilər.

Seçki Məcəlləsinə edilən əlavə və dəyişiklikdən sonra namizədlər yalnız tələb olunan imzaları Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri halda qeydə alınacaqlar.

Parlament 100 nəfər lehinə, 3 nəfər əleyhinə və 1 nəfər bitərəf olmaqla Seçki Məcəlləsinə əlavə və dəyişikliklər layihəsini qəbul edib.

Xəbər lenti

Xəbər lenti