...

Azərbaycanın hakim partiyası yeni qərargah tikdirib

Siyasət Materials 12 İyun 2008 16:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun/ Trend , müxbir E.Babayev/ Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi Rayon Təşkilatı yeni qərargahla təmin olunub. Bu barədə cümə axşamı Trend -a rayon təşkilatının aparat rəhbəri Azər Süleymanovun verdiyi məlumata görə, yeni inşa edilən qərargah üç mərtəbədən ibarətdir.

Trend -un arayışı: Nəsimi rayontəşkilatına millət vəkili Məlahət Həsənova rəhbərlik edir. Rayon təşkilatının19.853 üzvü var.

Süleymanov bildirib ki, yeni qərargah R. Axundov 27 ünvanında yerləşir. Rayon təşkilatının indiyədək özünün qərargahı olmayıb və təşkilat ayrı qurumlara məxsus binalarda fəaliyyət göstərib.

YAP 1992-ci ildə, o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 15 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti