...

Azərbaycan prezidenti hərbi qulluqçuların ehtiyata buraxılması və həqiqi hərbi xidmətə çağırışla bağlı fərman imzalayıb

Siyasət Materials 12 İyun 2008 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun/ Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Azərbaycan vətəndaşlarının 2008-ci il iyulun 1- dən 30- dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb.

Fərmana əsasən, "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin komplektləşdirilməsi üçün, 1990-cı ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1973-1989-cuillərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2008-ci ilin iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2008-ci ilin iyulun 1-dən 30- dək ehtiyata buraxılır. Bu Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanlarına həvalə olunub. Fərman imzalandığı gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti